9 C
Baku
Friday, December 13, 2024

Dünya Bankı: “Ukraynanın bərpası üçün yüz milyardlarla dollar lazımdır”

Dünya Bankının (DB) hesablamalarına görə, Ukraynanın yenidən qurulması üçün yüz milyardlarla dollara ehtiyac olacaq.

Bunu DB-nin prezidenti Devid Malpas Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı deyib.

“Söhbət yalnız bərpa etmək, hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq üçün lazım olan yüz milyardlarla dollardan gedir. Yalnız bundan sonra gələcək haqqında düşünmək mümkün olacaq”, – Malpas deyib.

Onun sözlərinə görə, ötən il fevral ayının sonundan etibarən Dünya Bankı Ukraynaya qeyri-hərbi yardım üçün 21 milyard dollar göndərib.

Bank rəhbəri həmçinin qeyd edib ki, ölkənin gələcək Avropa İttifaqına üzvlüyü üçün onunla “bazarlar və logistika baxımından” əlaqələrin qurulması çox vacib olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər