5 C
Baku
Saturday, December 14, 2024

Dünya Bankı: Ukraynanın bərpasına 350 mlrd. dollardan çox vəsait lazım olacaq

Dünya Bankının (DB) prezidenti Devid Malpas bildirib ki, Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra onun bərpasına çəkilən xərclər 349 milyard dolları “xeyli şəkildə keçəcək”. Onun fikrincə, əsas xərclər Ukraynanın infrastrukturunun, xüsusən də onun elektrik şəbəkəsinin bərpasına sərf olunacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bununla belə, onun sözlərinə görə, hərbi əməliyyatları davam etdirdiyi üçün Rusiyaya qarşı “nəhəng məyusluq” artır. “Bu, yorucu müharibədir və çox məyusedicidir” – Dünya Bankının rəhbəri söyləyib.

Qeyd edək ki, Dünya Bankı artıq Ukraynaya 18 milyard dollar ayırıb. Ukrayna hökuməti özü lazımi büdcə yardımını ayda 4-5 milyard dollar həcmində qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər