Dünya Bankı (DB) Ukraynada bu ilin sonuna kimi inflyasiyanın 20% olacağını proqnozlaşdırır. Amma bankın apreldəki proqnozu 15% idi.
Bu barədə DB-nin Şərqi Avropa məsələləri üzrə regional direktoru Arup Banerci bildirib.
O deyib ki, inflyasiya təzyiqinin artması xüsusilə, mart-may aylarında büdcə ehtiyaclarının ödənilməsi zərurəti ilə bağlıdır.
Eyni zamanda, maliyyə institutu bu il Ukraynanın ümumi daxili məhsulunun 44% azalacağı ilə bağlı proqnozunu dəyişməyib.