23 C
Baku
Monday, September 16, 2024

Dünya Bankı: Ukraynanın infrastrukturuna 60 milyard dollar ziyan dəyib

Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynanın infrastrukturuna 60 milyard dollar ziyan dəyib.

Bunu Dünya Bankının prezidenti Devid Malpass Ukraynadakı vəziyyətə həsr olunmuş dəyirmi masa zamanı bildirib.

“Dünya Bankı qrupu fiziki zərərin ilkin qiymətləndirilməsini başa çatdırıb. Binalar və infrastruktur baxımından bu, təxminən 60 milyard dollardır və buraya Ukrayna iqtisadiyyatı üçün artan iqtisadi xərclərə daxil deyil”, – Malpass bildirib.

Eyni zamanda, Ukraynanın Baş naziri Denis Şmıqal eyni tədbir zamanı bəyan edib ki, döyüş əməliyyatları nəticəsində birbaşa və dolayı itkilər təxminən 560 milyard ABŞ dolları təşkil edir.

Son xəbərlər
Digər xəbərlər