-1 C
Baku
Sunday, December 15, 2024

Dünya Bankı Ukraynaya əlavə $500 mln. ayırır

Dünya Bankı təcili ehtiyacları ödəmək üçün Ukraynaya əlavə 500 milyon dollar ayırdığını elan edib. Məbləğ Böyük Britaniyanın zaminliyi ilə köçürülüb. Tranş hələ sentyabrın sonunda açıqlanıb – onda tənzimləyici Ukraynaya 530 milyon dollar ayıracağını vəd edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Dünya Bankının prezidenti Devid Malpass bildirib ki, bu pul dövlət xidmətlərini dəstəkləməyə xərclənəcək. O qeyd edib ki, Ukraynada həbi əməliyyatlar nəticəsində infrastrukturla bağlı problemlər var və bu, qış ərəfəsində ölkəni təhlükə altına qoyur.

Ümumilikdə, Dünya Bankı fövqəladə halların maliyyələşdirilməsi üçün Ukraynaya 13 milyard dollar ayırıb. Tənzimləyici Ukraynanın dirçəlməsini 350 milyard dollar dəyərində qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər