21 C
Baku
Saturday, September 28, 2024

Dünya Bankı Ukraynaya $1.49 mlrd. maliyyə yardımı ayırır

Dünya Bankının (DB) Direktorlar Şurası çərşənbə axşamı Ukrayna hakimiyyətinə 1,49 milyard dollar məbləğində maliyyə dəstəyi vermək barədə qərar qəbul edib, Banker.az xəbər verir ki, bu barədə maliyyə qurumun bəyanatında deyilir.

Bu məbləğ Dünya Bankının Kiyevə göndərmək niyyətində olduğu 4 milyard dollarlıq yardım paketinin bir hissəsidir. Vəsaitlərə Böyük Britaniya, Hollandiya, Litva, Latviya və bir sıra digər ölkələrin verdiyi kredit zəmanətləri daxildir.

Dünya Bankının prezidenti David Malpas qeyd edib ki, bank Ukraynaya maliyyə dəstəyi göstərmək üçün donor ölkələrlə işləyir və həmçinin ukraynalıların səhiyyə, təhsil və sosial müdafiə xidmətlərinə çıxışını təmin etmək üçün addımlar atır.

Son xəbərlər
Digər xəbərlər