26 C
Baku
Wednesday, April 24, 2024

Dünya Bankı Ukraynaya $350 mln. kredit ayıracaq

Dünya Bankı ilə Ukrayna hökuməti arasında 350 milyon dollar kreditin ayrılması barədə razılığa gəlinib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, vəsaitin iqtisadiyyatın inkişafına xərclənməsi planlaşdırılır, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

“Vəsait pandemiya dövründə iqtisadiyyatın inkişafına, əhalinin az təminatlı təbəqəsinin və dövlət institutlarının sosial dəstəyinə istiqamətləndiriləcək”, – Baş nazir söyləyib.

Siyasətçinin vurğuladığı kimi, Kiyev torpaq bazarını inkişaf etdirmək, qaz sektorunu yenidən qurmaq və kredit bazarını möhkəmləndirmək üçün sistem layihələri həyata keçirəcək. Onun sözlərinə görə, bu layihələr Ukraynanın hər bir vətəndaşına toxunacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər