“Təcili ehtiyacları” qarşılamaq üçün Dünya Bankı (DB) Ukraynaya ümumilikdə 610 milyon dollar maliyyə dəstəyini təsdiqləyib. Yardım paketinə 500 milyon dollarlıq kredit (Böyük Britaniya tərəfindən dəstəklənir) və Ukrayna səhiyyə sisteminə dəstək üçün vəsait daxil olacaq.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Rusiyanın Ukraynaya təcavüzü səhiyyə sektoruna, kritik enerji infrastrukturuna və nəqliyyat şəbəkələrinə təsir edən dağıdıcı iqtisadi və humanitar nəticələr verməkdə davam edir”, – DB-nin prezidenti Devid Malpass bankın saytındakı press-relizdə sitat gətirir.
Ümumilikdə fevral ayından DB Ukraynaya dəstək üçün 18 milyon dollar səfərbər edib. Dekabrın 20-də Ukrayna Maliyyə Nazirliyi ABŞ-ın DB vasitəsilə köçürdüyü 2 milyard dolların dövlət büdcəsinə daxil olduğunu açıqlayıb.