Dünya Bankı Hədəf Fondundan Ukraynaya 88,5 milyon avro məbləğində qrant ayıracaq.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram kanalında yazıb.
“Qrant iqtisadi bərpa sahəsində inkişaf siyasətinə ayrılacaq”, – o yazıb.
Onun sözlərinə görə, maliyyə yardımı Rusiyanın hücumundan zərər çəkmiş vətəndaşları dəstəkləmək baxımından zəruridir.