10 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı Ukraynaya daha $1.75 mlrd. ayırıb

Dünya Bankı (DB) Ukraynaya 1.75 milyard dollar məbləğində əlavə yardım ayırdığını açıqlayıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Pul pensiya və sosial yardımların ödənilməsinə, o cümlədən səhiyyə, təhsil və dövlət sektoru işçilərinin maaşlarına sərf olunacaq.

Bank əlavə edib ki, Böyük Britaniyanın zəmanəti ilə Ukraynaya 500 milyon dollar kredit veriləcək. Ukrayna həmçinin ABŞ-dan qrant kimi daha 1.25 milyard dollar, Finlandiyadan isə 15 milyon dollar alacaq.

Ötən gecə, iyunun 21-də Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, Ukrayna müəllimlərin və xilasedicilərin maaşlarının ödənilməsi, həmçinin sosial yardım üçün 500 milyon dollar yardım alacaq.

Müharibə başlayandan bəri Dünya Bankı Ukraynaya təcili yardım kimi 35 milyard dollar ayırıb. Bu pul ABŞ və Böyük Britaniya da daxil olmaqla Qərb ölkələrinin öhdəlikləri və zəmanətləri çərçivəsində alınıb.

Son xəbərlər
Digər xəbərlər