27 C
Baku
Saturday, July 27, 2024

Dünya Bankı Ukraynaya koronavirusla mübarizə üçün $135 mln. ayrılmasını təsdiqlədi

Dünya Bankının (DB) direktorlar şurası Ukraynaya 135 milyon dollar məbləğində əlavə maliyyələşdirməni təsdiq edib. Bu vəsaitin 35 milyonu koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün istifadə ediləcəkdir.

Banker.az xəbər verir ki, bu barədə bankın göndərdiyi mesajda deyilir.

“Bu əlavə maliyyələşdirmə Ukraynaya 40-a yaxın təcili yardım şöbəsi və insult şöbələrini yeniləməyə kömək edəcək, xəstəxanalara yüksək texnoloji avadanlıqlardan və müvafiq müalicə protokollarından istifadə edərək mürəkkəb tibbi prosedurları həyata keçirmək imkanı yaradacaq”, – Dünya Bankının Moldova və Ukrayna məsələləri üzrə direktor Aleks Kremer qeyd edir.

Xatırladaq ki, aprelin 18-də Ukrayna prezidenti Vladimir Zelenski ölkədə koronavirusla mübarizə fondunun yaradılması haqqında sərəncam imzalayıb. Onun maliyyələşdirilməsinə təxminən 2,3 milyard dollar vəsait ayrılıb.

Son məlumata görə, Ukraynada 9 min yoluxma halı qeydə alınıb, onlardan 220 nəfər dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər