33 C
Baku
Wednesday, July 16, 2025

Dünya Bankı və Azərbaycan çoxmilyonluq saziş imzalayıblar

Dünya Bankı (DB) və Azərbaycan hökuməti “Məcburi köçkünlərin rifahının yaxşılaşdırılması” (IDP, Living Standards and Livelihoods) layihəsi üzrə 66,7 milyon dollar həcmində əlavə maliyyələşdirmə haqqında saziş imzalayıblar.

Bu barədə Trendə bankın yerli ofisindən bildiriblər.

Dünya Bankının Direktorlar Şurası layihə üçün əlavə maliyyəni iyunun 17-də təsdiqləyib. Azərbaycan hökumətinin layihədə iştirak payı 11,83 milyon dollardır (vergi ödənişlərinin qarşılanması üçün).

Bankın yerli nümayəndəliyindən əlavə maliyyələşdirmə çərçivəsində vəsaitin ayrılması müddətini dəqiqləşdirməyiblər.

 

Son xəbərlər
Digər xəbərlər