22 C
Baku
Saturday, July 13, 2024

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu qlobal resessiya riski barədə xəbərdarlıq ediblər

Dünya Bankının prezidenti Devid Malpass bildirib ki, gələn il bəşəriyyət qlobal resessiya ilə üzləşə bilər.

“Gələn il qlobal tənəzzül riski təhlükəsiz var. Avropanın inkişaf etmiş iqtisadiyyatları get-gedə yavaşlayır. Görək, nə olacaq”, – deyə Malpass Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva ilə birgə müzakirədə deyib.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Mən sizinlə tamamilə razıyam ki, tənəzzül riski artıb”, – deyə Kristalina Georgiyeva təsdiqləyib.

Sentyabr ayında beynəlxalq reytinq agentliyi olan “Fitch” 2022-ci ildə qlobal ÜDM artımı proqnozunu iyulda gözlənilən 2.9%-dən 2.4%-ə endirib. Analitiklərin fikrincə, Avropada enerji böhranı, yüksək inflyasiya və dünyada pul siyasətinin sərtləşdirilməsinin sürətlənməsi qlobal iqtisadiyyatın perspektivlərinə ciddi təsir göstərir.

Fitch-in proqnozuna görə, bu ilin sonuna qədər Avrozona və Böyük Britaniya tənəzzülə girəcək, 2023-cü ilin ortalarında isə ABŞ-da mülayim iqtisadi tənəzzül başlayacaq. Avrozonada və ABŞ-da illik ifadədə ÜDM artımı 2023-cü ildə 0%-ə yaxın olacaq.

Son xəbərlər
Digər xəbərlər