Fevral ayının 1-də Cakarta şəhərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin (Parliamentary Network on the World Bank and IMF) iclası öz işinə başlayır.
Azərbaycanın İndoneziyadakı səfirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, iclasda bir neçə beynəlxalq parlament təşkilatları iştirak edir. 2000-ci ildə yaradılmış və 140 ölkənin parlamentarilərini və parlament təşkilatlarını əhatə edən qurum 2015-ci ilin noyabr ayında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏTPA, PABSEC) müşahidəçi statusu alıb.
İclasda PABSEC-i Baş katib Asəf Hacıyev təmsil edir və onun çıxışı gözlənilir. Çıxışda Qara Dəniz regionunda həyata keçirilən layihələr və orada cərəyan edən proseslər barədə məlumat veriləcək.
Tədbir çərçivəsində A.Hacıyevin qurumun rəhbərliyi ilə görüşlərinin keçirilməsi və gələcək əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi nəzərdə tutulur.
İclas fevral ayının 5-dək davam edəcək.
Trend
Bizi twitterdə izləyin @Bankeraz