26 C
Baku
Saturday, July 27, 2024

Dünya Bankı vaksinasiya üçün Tacikistana təmənnasız olaraq 8,63 milyon dollar ayırıb

Dünya Bankı COVID-19 virusuna qarşı vaksinasiya üçün Tacikistana təmənnasız olaraq 8,63 milyon dollar ayırıb.

Vaksinlərin alınması və çatdırılması BMT-nın Uşaq Fondu-UNICEF xətti ilə həyata keçiriləcək.

Bildirilir ki, vəsait beynəlxalq səviyyədə tanınan vaksinlərin alınmasına xərclənəcək. İlk növbədə, əhalinin yaşlı təbəqəsi, tibb işçiləri, müəllimlər, xroniki xəstəlikləri olanlar peyvənd ediləcək.

Dünya Bankının Tacikistandakı nümayəndəsi Peter Olters bildirib ki, bu layihə ölkədə vaksinasiya proqramının həyata keçirilməsi istiqamətində mühüm addım olacaq, bununla belə əhalinin bütün təbəqələrini peyvənd etmək üçün xüsusi qurumun yaradılmasına başlanılacaq.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər