Vaşinqtonda keçirilən press-konfrans zamanı Meksikanın maliyyə nazirinin inkişaf üzrə komitəsinin sədri Aqustin Kartens bildirmişdi ki, Dünya bankı cari maliyyə böhranı zamanı kasıb ölkələrə dəstək verəcək.
Dünya Bankı Qrupu (DB) və ya sadəcə Dünya Bankı –bir neçə bir-birilə sıx əlaqəli maliyyə institutlarından ibarət çoxsahəli kredit təşkilatıdır, əsas məqsədləri isə inkişaf etmiş ölkələrin (İEÖ) maliyyə yardımı əsasında inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) həyat səviyyəsinin qaldırılmasıdır.
DB rəsmi olaraq, əksər ölkələrin 1944-cü ildə Bretton Vuds sazişini təsdiq etməsindən sonra – 27 dekabr 1945-ci ildə yaradılmışdır.
DB fəaliyyətə 25 iyun 1946-cı ildə başlamışdır, ilk kredit 9 may 1945-ci ildə (Fransa $250 mln məbləği İkinci Dünya müharibəsi nəticəsində dağılmış iqtisadiyyatının yenidən qurulması üçün almışdır) verilmişdir.
Dünya Bankının əsas məqsədi İEOÖ-lərdə yoxsulluğun səviyyəsini aşağı salmaq məqsədilə uzunmüddətli maliyyə layihələri və inkişaf proqramlarının köməyi ilə istehsalın artırılması nəticəsində sabit iqtisadi artıma kömək etməkdir. Həmçinin struktur islahatlar da prioritet məsələlərdən sayılır: ticarətin liberallaşması, özəlləşdirmə, təhsil və səhiyyə islahatları, infrastruktur investisiyaları.
Dünya Bankının hər borcuna uyğun hakimiyyət tərəfindən təzminat verilməli və bəzi xüsusi öhdəliklər istisna olmaqla konkret layihələrin həyata keçirilməsi üçün verilməlidir.
DB ilə əməkdaşlığın ölkələr üçün əsas üstünlüyü digər beynəlxalq kreditorlara nisbətdə borclar üzrə əhəmiyyətli dərəcədə daha aşağı faiz dərəcələrinin təklif olunmasıdır. DB-dan yardım alan tərəf üçün daha bir perspektiv səmərə ondan ibarətdir ki, DB tərəfindən verilən kreditlərin arxasında beynəlxalq kreditlər durur.
Dünya Bankı Qrupunu daxildir:
Beynəlxalq Yenidənqurma və İnkişaf bankı (BYİB) – Dünya bankı qrupunun əsas kredit institutudur. BYİB adambaşına düşən gəlirləri orta olan İEOÖ-lərdə inkişaf layihələrinin ən iri kreditorudur. Beynəlxalq Yenidənqurma və İnkişaf bankı (BYİB) Beynəlxalq Valyuta Fondu (BVF) ilə eyni anda – 1944-cü ildə Bretton Vudsda keçirilən Beynəlxalq valyuta-maliyyə konfransının qərar ilə təsis olunmuşdur. BYİB sazişi rəsmi olaraq, 1945-ci ildə qüvvəyə mindi, lakin bank 1946-ci ildə fəaliyyət göstərməyə başladı.
Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) Dünya bankı qrupuna daxil olan təşkilatdır. 1960-cı ildə yaradılmışdır. Məqsədi – ən kasıb ölkələrə yardım etməkdir. BİA-dan borc götürmək hüququna adambaşına düşən ÜDM-u $835-dən yuxarı olmayan ölkələr malikdir.
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) – Dünya bankı strukturuna daxil olan beynəlxalq maliyyə institutudur. BMK 1956-cı ildə İEOÖ-lərə ayrı-ayrı investisiyaların sabit axınını təmin etmək məqsədilə yaradılmışdır.
İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentlik (İZÇA) – əsas məqsədi İEOÖ-lərə birbaşa xarici investisiyaların istiqamətləndirilməsi, sığorta və fərdi investorlara zəmanətlərin təklif olunması, eləcə də konsultasiya və informasiya xidmətlərini göstərilməsi olan muxtar beynəlxalq təsisatdır. İZÇA 1988-ci ildə yaradılmışdır.
İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM) 1995-ci ildə yaradılmışdır, arbitraj prosesləri vasitəsilə beynəlxalq investisiyaların axınının yüksəldilməsi, dövlətlər və xarici investorlar arasında baş vermiş mübahisələrin tənzimlənməsinə kömək edir.
Dünya Bankına üzvlük
Dünya Bankının beş maliyyə institutunda müxtəlif sayda dövlət iştirak edir. 184 ölkə, demək olar ki, dünyanın bütün ölkələri Beynəlxalq Yenidənqurma və İnkişaf bankının (BYİB) üzvüdür. Beynəlxalq İnkişaf Assosiasiyasına (BİA) 163, Beynəlxalq Maliyyə Korporasiyasına (BMK) 175, İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentlik (İZÇA) 158, İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzinə isə (İMHBM) 134 ölkə üzvdür.
Dünya Bankının nizamnaməsinə görə strateji qərarların verilməsi üçün səhmdarların səsinin ən azı 85%-i toplamaq lazımdır.
2007-ci ilin sonuna olan göstəricilərə görə, Dünya Bankının ən iri səhmdarları ABŞ (16,4% səhm), Yaponiya (7,9%), Almaniya (4,5%), Böyük Britaniya və Fransadır (hər ikisi 4,3).
Hər üç ildən bir Dünya Bankı Qrupu çərçivə sənədi işləyib hazırlayır: ölkələrlə əməkdaşlığın əsasını təşkil edən Dünya Bankının fəaliyyət strategiyası. Strategiya, banklara hər borcalan ölkənin inkişafı məqsədilə borcların verilməsi üzrə proqramları, analitik və konsultasiya xidmətlərini əlaqələndirməyə imkan verir.
Rəhbərlik
Dünya Bankının prezidenti, direktorlar şurasının rəhbəri, Beynəlxalq İnkişaf Assosiasiyasının rəhbəri, Beynəlxalq Maliyyə Korporasiyasının direktorlar şurasının rəhbəri, İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentliyin başçısı Robert Zellik bu vəzifəyə iyulun 1-i 2007-ci ildən təyin olunub.