9 C
Baku
Monday, December 23, 2024

Dünya Bankı yaşıl rəqəmsal sərmayələrini 700 mln. dollara çatdırıb

İnkişaf etməkdə olan ölkələrdə iqlimlə bağlı fəaliyyətin ən böyük çoxtərəfli maliyyəçisi kimi Dünya Bankı davamlı və əhatəli rəqəmsal transformasiyanı dəstəkləməyə sadiqdir.

Bunu Dünya Bankının rəqəmsal transformasiya üzrə vitse prezidenti Sanqbu Kim deyib.

O bildirib ki, təkcə keçən il yaşıl rəqəmsal sərmayələrimizi üç dəfə artıraraq 700 milyon dollara çatdırıb və gələcəkdə dəstəyini genişləndirməyə sadiqdir.

“Dünya Bankı Yaşıl Rəqəmsal Bəyannamə vasitəsilə iqlimlə bağlı fəaliyyət üçün rəqəmsal texnologiyaların rolu haqqında məlumatlılığın artırılmasına görə COP29 Sədrliyini yüksək qiymətləndirir. Dünya Bankı Bəyannaməni dəstəkləyir”- DB-nin vitse prezidenti əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər