ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəs qüvvəyə minsə belə, Yaxın Şərqdəki müharibə qlobal iqtisadiyyata zəncirvari təsir göstərəcək.
Bunu Dünya Bankının prezidenti Acay Banqa “Reuters” agentliyinə müsahibəsində deyib.
Banqa bildirib ki, baza ssenarisində, müharibənin erkən başa çatması ilə qlobal artım 0,3 – 0,4 faiz bəndi, davam edəcəyi təqdirdə isə 1 faiz bəndinə qədər azala bilər.
O qeyd edib ki, inflyasiya 200 – 300 baza bəndi arta bilər, müharibə davam edərsə, çox daha yüksək bir təsirlə – 0,9 faiz bəndinə qədər artımla nəticələnər.







