28 C
Baku
Saturday, July 27, 2024

Dünya Bankı yaxın üç il ərzində  neftin qiyməti $71 təşkil edəcəyini proqnozlaşdırdı

Növbəti üç ildə neftin qiyməti 71dollar/barrel təşkil edəcək.  Banker.az xəbər verir ki, bu haqda Dünya Bankının hesabatında bildirilib.

“Neft qiymətləri bu il artıb və Rusiyada neft istehsalı sahəsində olmuş  rekordun fonunda dəyişkən qalır”. 2018-ci ildə Brent markalı xam neftin qiyməti $59 ilə $86 arasında dəyişib. ABŞ-ın İrana qarşı sanksiya elan etməsi və Venesuelada neft hasilatının azaldılması sentyabr və oktyabrın əvvəllərində qiymətlərin qalxmasına səbəb olmuşdur”, – hesabatda göstərilir.

Lakin, noyabr ayının əvvəlində ABŞ bildirdi ki, Hindistan və Çin də daxil olmaqla səkkiz ölkə ABŞ sanksiyalarına baxmayaraq İrandan neft ala biləcəyini elan etdikdən sonra qiymətlər kəskin şəkildə azaldı.

Bu baxımdan, Dünya Bankı hesab edir ki, ABŞ-da hasilatın artması və OPEK ölkələrinin hasilat artımını nəzərə alınmaqla, tədarükün çatışmazlığı tezliklə artıqlıqla əvəzlənə bilər.

“Oktyabr ayında Rusiyada neft hasilatı 11,4 milyon barrel səviyyəsə çatmışdır ki, bu tarixi bir rekorddur”,  – hesabatda vurğulanır.

OPEK-də İran nümayəndəsi olan Kazempur Ardebili, bu ərəfələrdə bildirdi ki, bir barrel neftin qiyməti hasiat məhdudlaşdırılmadığı halda  $40 düşə biləcəyini söylədi.  Ardebili hesab edir ki, dünya bazarında neft ehtiyatlarının artıqlığı riski ilə əlaqədar olaraq, hasilat 1,4 milyon barrelə qədər azaldılmalıdır. Eyni zamanda, İran bildirir ki,  ABŞ tərəfindən qoyulan məhdudiyyətlərə görə neft hasılatının məhdudlaşdırılmasını nəzərdə tutmur.

Daha əvvəl isə Bloomberg mənbələri bildirmişdilər ki, Rusiya və Səudiyyə Ərəbistanın enerji nazirliklərinin nümayəndələri neft hasilatını məhdudlaşdırmaq barədə razılığa gəlmək üçün Moskvada görüşdülər.  Danışıqlar zamanı, Moskva neft istehsalını maksimum 150 min bareel-ə qədər azaltmağı təklif edib, lakin  Ər-Riyad, müqavilə çərçivəsində daha çox “bərabərhüquqlu tərəfdaşlıq” üzərində dayandı.

Dekabrın 6-7-də Vyanada OPEC + nümayəndələrinin toplantısı keçiriləcək, burada 2019-cu ildə neft hasilatı səviyyəsi müzakirə olunacaq.

Son xəbərlər
Digər xəbərlər