Beynəlxalq təşkilatın məlumatına görə, Dünya Bankı yoxsulluq həddini adambaşına gündəlik 2,15 dollardan 3 dollara qaldırıb. Əvvəlki hədd 2017-ci il üçün alıcılıq qabiliyyəti pariteti (PPP) məlumatlarına əsasən 2022-ci ildə müəyyən edilib.
2022-ci ildə alıcılıq qabiliyyəti pariteti 2017 PPP ilə əvəz olunub və yoxsulluq həddi gündəlik 1,90 dollardan 2,15 dollara qaldırılıb. 2015-ci ildə yoxsulluq həddi gündə 1,25 dollardan 1,90 dollara dəyişdirilib. Dünyada qlobal yoxsulluq problemlərini həll etmək üçün 100 ildən çox vaxt lazımdır.
Dünya Bankının məlumatına görə, təxminən 700 milyon insan və ya ümumi əhalinin 8,5%-i ifrat yoxsulluq həddində yaşayır. Hesabatda deyilir ki, bunların üçdə ikisi Afrikanın cənubundakı Saharada yaşayır. Bu kateqoriyadan olan insanların sayı 1990-cı illərdən, 2 milyarddan çox insanın bu məbləğlə yaşadığı dövrdən etibarən tədricən azalmağa başlayıb. Dünya Bankının proqnozlarına görə, 2030-cu ilə qədər gündə 2,15 dollarla yaşayan insanların sayı 622 milyona qədər azalacaq.