Dünya Bankı 2018-2020-ci illərdə Azərbaycanda iqtisadi artımın 2,6%-dək sürətlənməsini proqnozlaşdırır.
Bankın saytında dərc olunan yanvar ayının “Global Economic Prospects” icmalına əsasən, 2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 0,9%, 2019-cu ildə 1,5% təşkil edəcək (bankın oktyabr proqnozlarına uyğundur – İF).
2020-ci ildə Azərbaycanda iqtisadi artım 2,6% səviyyəsində proqnozlaşdırılır.
“2017-ci ildə Azərbaycanda iqtisadiyyatında azalma davam edib, baxmayaraq ki, bu 2016-cı illə müqayisədə daha az templərlə baş verib. Ötən il resessiya 3,1% təşkil edib. İqtisadiyyatda 2014-2016-cı illərdə dünya bazarlarında neftin qiymətinin azalması nəticələri, bank sektorunda problemlər özünü biruzə verir. Zəif pul-kredit siyasəti, maliyyə bazarının kiçik həcmi əhalinin real gəlirlərinin artımına zərər vuran inflyasiya ilə mübarizədə səmərəliliyi məhdudlaşdırıb. Lakin, qeyri-neft sektorunda və sərmayələrin artımı əlamətləri qeyd edilir”, – icmalda bildirilir.
2018-ci ildə Azərbaycan hökuməti ÜDM-in artımını 1,5%, 2019-cu ildə 4%, 2020-ci ildə 3,7% səviyyəsində proqnozlaşdırır.
2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in artımı 0,2%, orta illik inflyasiya 13,4% təşkil edib.