9 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankının analitikləri Azərbaycanda iqtisadi fəallığın azalacağını gözləyirlər

Dünya Bankı 2019-cu il üzrə Azərbaycanda iqtisadiyyatın 2,5%, 2020-ci ildə 2,3%, 2021-ci və 2022-ci illərdə isə 2,1% artacağını proqnozlaşdırır.

Belə bir proqnoz Dünya Bankının yanvar ayı üçün hazırladığı “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatında açıqlanıb. Bu il bu sənəd “İqtisadi inkişafın aşağı templəri, siyasi problemlər” adlanıb.

Dünya Bankının analitikləri neftin qiymətinin aşağı düşməsi və qeyri-neft sektorundakı struktur islahatları nəticəsində Azərbaycanda iqtisadi fəallığın azalacağını gözləyirlər: “Uzunmüddətli artım özəl sektorun inkişafını sürətləndirmək və maliyyə sektorundakı zəiflikləri aradan qaldırmaq üçün davam etdirilən daxili islahatlardan, habelə insan kapitalına investisiya qoyuluşundan asılıdır. Burada məqsəd təhsilin keyfiyyətini artırmaq və uyğunsuzluq bacarıqlarını azaltmaqdır”.

Dünya Bankının hesabatında Avropa və Orta Asiya regionunda iqtisadi artımın “üç ildə ən aşağı 2% səviyyəsinə” yavaşladığını göstərildiyi qeyd edilir. “Bu, 2018-ci ildə maliyyə bazarındakı ciddi sarsıntıların təsiri altında Türkiyədəki iqtisadi fəallığın, Rusiyada olduğu kimi, tələbat və neft hasilatının azaldılması şəraitində kəskin şəkildə azalmasının əks olunması idi”, – deyə Bankda hesab edirlər.

©Report

Son xəbərlər
Digər xəbərlər