24 C
Baku
Thursday, July 25, 2024

Dünya Bankının Azərbaycan üzrə yeni strategiyasının hazırlanması müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun iştirakı ilə Dünya Bankının Azərbaycan üzrə yeni strategiyasının hazırlanması müzakirə edilib.

Banker.az xəbər verir ki, bu barədə baş bankir “Twitter”də bildirib.

“Bu gün Dünya Bankında Azərbaycanın da daxil olduğu Seçki Qrupunun İcraçı direktoru Dominik Favre ilə görüşdük. Görüş zamanı əməkdaşlığın cari vəziyyətini və perspektivlərini müzakirə etdik, Dünya Bankında ölkəmizin maraqlarının və mövqeyinin müdafiə olunması, dəstəklənməsi istiqamətində Seçki Qrupunun gördüyü işlər barədə danışdıq, qurumun növbəti dövr üçün Azərbaycan üzrə yeni strategiyasının hazırlanması və layihə portfelinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər