22 C
Baku
Thursday, April 18, 2024

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru yenidən Azərbaycana səfər edəcək

Dünya Bankı və Azərbaycan arasında olduqca mükəmməl və uğurlu əməkdaşlıq var”.

Report agentliyinin Gürcüstan bürosu xəbər verir ki, bu barədə Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus jurnalistlərə açıqlamasında bildirib.

O, bu yaxınlarda Azərbaycana etdiyi səfəri çərçivəsində bir sıra yüksək səviyyəli şəxslərlə görüşlər keçirdiyini deyib: “Bakıdakı görüşlər olduqca uğurlu keçib. Görüşlərdə Dünya Bankının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasınıdakı rolu barədə müzakirələr aparılıb. Bununla yanaşı bankın Azərbaycanda məmnuniyyətlə dəstəkləyə biləcəyi bir sıra potensial intervensiya və layihələr də nəzərdən keçirilib”.

S.Molineus deyib ki, Azərbaycanda müzakirə etdiyi layihələr məhkəmə islahatları, bərk tullantıların idarə olunması, təhsil və digər bir sıra sahələri əhatə edib. Regional direktor bu sahələrin Azərbaycanın davamlı iqtisadi inkişafı və ölkədə həyata keçirilən islahatlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

DB rəsmisi noyabrın ayının sonu dekbarın ayının əvvəlində Azərbaycana yenidən səfər edəcəyini bildirib. O, səfər çərçivəsində Azərbaycanın yeni baş naziri Əli Əsədov və yeni iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlər keçirəcəyini deyib: “Əminəm ki, Dünya Bankı və Azərbaycan arasında möcvud mükəmməl əməkdaşlıq bundan sonra da davam etdiriləcək”.

Qeyd edək ki, S.Molineus DB-nin Cənubi Qafqaz üzrə regional direktoru kimi bu il iyulun 1-dən fəaliyyət göstərməyə başlayıb. O, bu ilin sentyabrın 25-də Azərbaycana ikigünlük səfər edib.  

Son xəbərlər
Digər xəbərlər