22 C
Baku
Monday, May 20, 2024

Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru fəaliyyətə başlayıb

Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molineus bu gündən etibarən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

“Report” Agentliyinin  Gürcüstan bürosu xəbər verir ki, bu barədə DB məlumat yayıb.

S.Molineus yeni vəzifədə üç ölkədə – Azərbaycan, Gürcüstan və Ermənistanda DB-nin proqramlarına nəzarət, bu ölkələrdəki bankın ölkə tərəfdaşlığı strategiyasının tərəfdaşlar və vətəndaş cəmiyyəti ilə birgə inkişafı və yerinə yetirilməsinə rəhbərlik edəcək.

Regional direktor DB-nin Cənubi Qafqaz üzrə regional ofisinin yerləşdiyi Tbilisi şəhərində fəaliyyət göstərəcək.

Milliyətcə alman olan S.Molineus Dünya Bankı qrupuna 2002-ci ildə qoşulub. O, Beynəlxalq Maliyyə Korporasiyası və DB-də müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, DB-nin Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Mersi Tembon olub. O, 2015-ci ilin sentyabrından 2019-cu ilin iyun ayına qədər bu vəzifəni tutub. 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər