37 C
Baku
Tuesday, August 16, 2022

Dünya Bankının regional direktoru Bakıya gəlib

Bu gün Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molineus Azərbaycana gəlib.

Report agentliyi xəbər verir ki, səfər sentyabrın 27-dək davam edəcək.

Məlumata görə, S.Molineus səfər zamanı Azərbaycan İqtisadiyyat, Maliyyə nazirliklərində, Maliyyə Bazarlarına Nəzarət Palatasında və hökumətin iqtisadi blokuna daxil olan digər qurumlarda görüşlər keçirəcək. S.Molineus sentyabrın 26-da Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə Bakıda keçiriləcək “Təsirli investisiyalar: institusional investorlar üçün imkanlar və çağırışlar” (Impact Investing: Opportunities and Challenges for institutional investors) adlanan konfransda iştirak edəcək.

Xatırladaq ki, yeni regional direktor öz vəzifəsinin icrasına bu il iyulun 1-dən başlayıb. Regional direktor DB-nin Cənubi Qafqaz üzrə regional ofisinin yerləşdiyi Tbilisi şəhərində fəaliyyət göstərir.

Milliyətcə alman olan S.Molineus Dünya Bankı qrupuna 2002-ci ildə qoşulub. O, Beynəlxalq Maliyyə Korporasiyası və DB-də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, DB-nin Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Mersi Tembon olub. O, 2015-ci ilin sentyabrından 2019-cu ilin iyun ayına qədər bu vəzifəni tutub və bundan sonra öz fəaliyyətini Banqladeşdə davam etdirəcək. 

Son xəbərlər
Oxşar xəbərlər