“Son illər Azərbaycan çox sürətlə inkişaf edir. Mən buna görə sizi təbrik edirəm. Sevinirəm ki, Dünya Bankı olaraq bu inkişafa biz də dəstək vermişik”.
Bunu Bakıda keçirilən “İqtisadiyyatın Şaxələndirilməsi – Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum”da çıxış edən Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.
O, Azərbaycanın dinamik inkişafının bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib.
“Xatırlayırsınızsa bir müddət əvvəl biz Bakıda insan kapitalı üzrə forum keçirdik. Bu heç də təsadüfi deyildi. Çünki insan kapitalı hər bir ölkə, həmçinin Azərbaycan üçün çox əhəmiyyətlidir”, – Dünya Bankı rəsmisi əlavə edib.