Cim En Kim Dünya Bankının tarixində heç vaxt Uol-Stritdə işləməmiş üçüncü prezident olacaqdır. İlk iki şəxs isə ABŞ-ın müdafiə naziri və Ford Motors avtomobil korporasiyasının başçısı Robert Maknamara (1968-1981) və Amerikalı konqresmen Barber Konebl (1986—1981) olmuşdur. Dünya Bankının yeni prezidentin qaynar maliyyə keçmişinə malik olmaması demək olar ki, çox az adamı təəccübləndirir. Əgər kasıblığı yer kürəsini sarmış bir xəstəlik kimi qəbul etsək, onda Cim En Km onu müalicə etmək üçün az qala ən ideal variant hesab olunur. Özünün bütün peşəkar həyatı boyu o, məhz epidemiyalara qarşı mübarizə aparmaqla məşğul olmuşdur.
1. Cim En Kimin ailəsi Seuldan ABŞ-a, təxminən onun beş yaşı olanda köçmüşdür. Yuxarı sinifdə oxuyanda o eyni zamanda həm amerikan futbolu üzrə kvoterberk komandasının prezidenti vəzifəsini, həm də məktəbin basketbol yığmasının aparıcı oyunçu olmağı bir araya sığışdırmağı bacarmışdır. Milli basketbol yığmasında (NBA) oynamağı arzulayan Kim görünür ki, özünə gələcəkdə məhz bu istiqamətdə karyera qurmağı planlaşdırırmış. Indi o, özünün o vaxt ki ambisiyalarını xarakterizə edərək, kinayə ilə deyir: «Boyu 175 sm-dən bir az hündür olan bir koreyalı oğlan üçün son dərəcə rasional fikirlərdi».
2. Universitetdə Kim ya fəlsəfə, ya da siyasət elmini oxumağa hazırlaşırdı, bu isə onun atasının möhkəm qəzəbinə səbəb olmuşdu. Onun atasının peşə baxımından stomatoloq idi və belə düşünürdü ki, əgər bir koreyalı ABŞ kimi bir ölkə də baş çıxarmaq, daha doğrusu effektiv yaşamaq istəyirsə mütləq praktiki bir bacarığa yiyələnməlidir, sadəcə fikirləşməyi bacarmaqla kifayətlənmək olmaz.
3. Nəticədə Kim «antropologiya» və «tibb» ixtisasları üzrə Braun universitetini bitirdi. 1987-ci ildə, Harvard Medical School-da işləyərkən o Bostonda Partners In Health («Sağlamlıq üzrə tərəfdaşlar») adlı xeyriyyə cəmiyyətini təsis etdi. 1990-cı illərdə Partners In Health Perunun paytaxtı olan Lima şəhərinin kasıb rayonlarında vərəm xəstəliyi ilə mübarizədə çox uğurlu bir kompaniya həyata keçirdi. Müalicə ilə bağlı yeni yanaşmaların kombinasiyası və yerli könüllülərin prosesə aktiv cəlb olunması sayəsində xəstəliyə düçar olmuş insanların 80%-ni sağaltmaq mümkün oldu (bu göstərici amerikanın bir sıra xəstəxanalarını üstələyirdi, baxmayaraq ki, dərman preparatlarına çəkilən xərc qat-qat daha aşağı idi). Hal-hazırda Partners In Health cəmiyyətində 13 mindən artıq insan çalışır. Təşkilatın əməkdaşları 2010-cu ildə də baş vermiş güclü zəlzələdən sonra Haitidə baş qaldırmış epidemiya ilə mübarizədə ən vacib rol oynayırlar.
4. 2000-ci ildə Kim Ümumdünya səhiyyə təşkilatının planetin yoxsul ölkələrində QİÇS (AIDS) ilə mübarizə üzrə proqramına başçılıq etməyə başladı. Bu proqram çərçivəsində 5 il ərzində 3 milyon insan müalicə almalı idi. Proqram iki il gecikməsinə baxmayaraq, uğurla yerinə yetirildi
5. 2009-cu ildən etibarən Cim En Kim Amerikanın səkkiz ən məşhur universitetindən (Ivy League) birinə başçılıq edən ilk Asiya əsilli amerikalı oldu.
6. Həmçinin o, Dartmut tarixinə ən qısa müddətli prezident kimi də öz adını həkk etdirmişdir: belə ki, XVIII əsrin sonundan bəri bu universiteti cəmi 16 insan idarə edib. Kim Dartmutun bazasında ABŞ-ın səhiyyə sistemi ilə bağlı mümkün islahat imkanlarını öyrənmək üçün tədqiqat qrupu yaradaraq ona rəhbərlik etməyə başlamışdır. Müalicənin qiymətinin onun effektivliyi ilə müəyyən olunmasına dair tədqiqat qrupu tərəfindən irəli sürülmüş təkliflər yaxın müddət ərzində öz praktiki həllini tapa bilər.
7. Belə görünür ki, cəmi bir epidemiya mövcuddur ki, Cim En Kim onunla mübarizədə hələ uğur qazana bilməmişdir. Barak Obamanın Dartmut direktorunun namizədliyini Dünya bankının sədri vəzifəsinə irəli sürəndə, Rolling Stone jurnalında universitetin tələbə qardaşlığına daxil olmaq istəyən namizədlərin keçməli olduğu və dəhşətli alçaldıcı mərasimlər haqqında iri bir məqalə dərc olunmuşdu. Universitet qardaşlığının potensial “yeni gələn tələbələri” məruz qoyduğu çoxsaylı testlər prinsip etibarı ilə öz qəddarlığına görə olduqca məşhurdur, amma məqalədə yer alan nüanslar hətta təxəyyül qabiliyyəti güclü olan insanları da mat qoya bilər. Misal üçün birinci kurs tələbələrini buzla doldurulmuş vannada uzanmağa və həmdə qardaşlıq nizamnaməsini əzbərdən qışqıraraq deməyə məcbur edir, həmçinin insan qusuntusundan və yumurtadan hazırlanmış bir qidanı yeməyə təhrik edirlər. Rolling Stone-da yazılır ki, Kim problemin mövcudluğundan xəbərdar idi, lakin o da, situasiyanı aradan qaldırmaq üçün şüurlu bir çıxış yolu təklif etməyə müyəssər olmamışdır.
8. Cim En Kim musiqi dünyasından olan müxtəlif məşhur insanları təqlid etməyi sevir. Aşağıda təqdim olunmuş videoda, Dartmutda təşkil olunmuş əyləncə gecəsində Dünya Bankının gələcək prezidenti təxminən üç dəqiqə ərzində Maykl Ceksonu təqlid etmişdir. Cimin Black Eyed Peas qrupunun solistinin rolunu ifa etdiyi belə bir rolik də mövcuddur.