Bankomatla kartsız ödənişlə yeni müasir texnologiyalar yaradan maliyyə strukturları özlərinin 35 yaşa qədər olan müştəriləri ilə qarşılıqlı münasibətlərini qaydaya salmağı planlaşdırırlar.
Belə ki, sözügedən bu müştərilər ya onların daha texnoloji ənənəvi banka sahib olan birbaşa rəqiblərinə, yaxud da mobil cihazlarla kredit verilməsini həyata keçirən maliyyə start-uplarına üz tuturlar.
Cari ilin avqust ayında ABŞ-da bir neçə bank öz bankomatlarının modernləşdirilməsi ilə bağlı məlumat vermişdi. Avidia Bank ilk olaraq Massaçusets ştatında yeni növdə 30 ATM quraşdırmış, Salem Five Bancorp isə Boston və Nyu-York arasında 8 filialda bankomatlarını yeniləmişdir.
Bundan başqa, ölkədə daha 20 bank nümayəndəsi bankomat şəbəkələrini modernləşdirmək barədə planlarını açıqlamışlar. Bankomatlar və smartfonlar arasında qarşılıqlı kontaktsız əlaqə sistemini yaradan FIS şirkətinin direktoru və vitse-prezidenti Doug Brown-nun sözlərinə görə, yeni ATM-lər həm adi plastik kartlar, həm də smartfonla kontaktsız işləyə biləcək.
O həmçinin bildirmişdir ki, yaxın aylarda bir çox digər banklar da FIS texnologiyasından istifadə etməyə başlayacaq.
Kontaktsız texnologiyanın fəaliyyət prinsipi kifayət qədər sadədir. Müştəri mobil tətbiqetmədə bankomatdan çıxarmaq istədiyi məbləği təyin edir. Sistem smartfonda qalan xüsusi QR-kod yaradır. Bundan sonra isə ATM bu QR-kodu telefondan “skan” edir və tələb olunan məbləği çıxarır.
Vəsaitin əldə edilməsi barədə qəbz ya elekron şəkildə smartfona göndərilir, yaxud da bankomatın printeri vasitəsilə çap edilir. Bankirlərin bildirdiyinə görə, vəsaitlərin bu şəkidlə çıxarılması nəinki daha sürətli, həmçinin daha təhlükəsizdir. Ekspertlərin qiymətləndirməsinə əsasən, dünyada hər il skimmer-dən (bankomatdan gizli şəkildə quraşdırılmış və kartın pin-kod məlumatlarını əldə edən cihaz) istifadə edən fırıldaqçılardan dəyən zərər 1 milyard dollar təşkil edir.