12 C
Baku
Sunday, October 27, 2024

Dünya bankları “WhatsApp”dakı yazışmalara görə $1.8 mlrd. ödəyəcəklər

Dünya bankları “WhatsApp”dakı yazışmalara görə $1.8 mlrd. ödəyəcəklər

Dünyanın 11 ən böyük bankı və broker firması 1.8 milyard dollar cərimə ödəyəcək. Bu məbləğ onlara ona görə müəyyən olunub ki, onların işçiləri iş məsələləri ilə bağlı bəzi üçüncü tərəf proqramlardan istifadə ediblər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qanun pozuntuları Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən qeydə alınıb.

125 milyon dollar cərimə ödəyəcək şirkətlər:

–         “Bank of America Corp.” – ABŞ-ın ən böyük banklarından biri;

–         “Citigroup Inc.” – ABŞ-ın daha bir böyük bankı;

–         “Barclays Plc” – Böyük Britaniya bankı;

–         “Credit Suisse Group AG” – İsveçrənin ikinci ən böyük maliyyə konqlomeratı;

–         “Deutsche Bank AG” – Almaniyanın ən böyük bankı;

–         “Morgan Stanley” – ABŞ-ın maliyyə konqlomeratı;

–         “USB Group AG” – İsveçin ən böyük banklarından biri.

“Nomura Holdings Inc.” (Yaponiyanın iri broker şirkəti) və “Jefferies LLC” (ABŞ firması) cəmi 50 milyon dollar ödəyəcəklər.

SEC sədri Heri Hensler bu şirkətlərin və bankların ABŞ-ın qiymətli kağızlar qanununu pozduğunu və ona etibarı sarsıtdığını bildirib. Yeri gəlmişkən, bu qanun bütün mesajların qeydə alınmasını nəzərdə tutur. Bununla belə, böyük maliyyə habları üçün bir neçə on milyon – xırda-xuruşdur.

Son xəbərlər
Digər xəbərlər