9 C
Baku
Saturday, December 28, 2024

Dünya banknotları –incəsənət nümunəsi

Hər bir ölkənin özünün individual, heç nəyə bənzəməyən valyutası olur. Pulların zahiri görünüşündən asılı olaraq, onları emissiya edən ölkələr haqqında çox şey demək olar. Məsələn, Amerika dollarına baxarkən, heç bir çətinlik çəkmədən Amerika prezidentlərini yaddaşına həkk edirsən, avroya baxıb, Avrozona ölkələrini tanımaq mümkündür, Yeni Azərbaycan manatı isə milli ornamentlər ilə zəngindir, Rusiya rublu isə ölkənin coğrafi vəziyyəti haqqında məlumat verir.

Amma bir şeyi unutmaq lazım deyil, valyutalar onları seyr etmək və heyran olmaq üçün deyil, ilk növbədə onları qazanmaq üçündür. Onları qazanmağı isə bacarmaq lazımdır. Əgər Azərbaycan manatları qazanmaq istəyirsinizsə, vakansiya axtarışına çıxa bilərsiniz.

Deyəsən mövzudan çox uzaqlaşdıq. Dünya banknotları çox rəngarəng və müxtəlifdirlər. Amma əsasən onlar darıxdırıcı, maraqsız, rəsmi dizayna malik kağız parçaları-pullardır. Amma bəzən insanın qarşısına elə valyutalar çıxır ki, onlara təkcə dəyərinə görə deyil, həm də füsunkar gözəlliklərinə görə sahib olmaq istəyirsən. Devid Stendiş «Pul incəsənəti» bestsellerinin müəllifi dünyanın ən gözəl banknotlarına sahib olmuşdur. Bu banknotlar adi pullardan daha çox rəsm əsərlərinə bənzəyirlər.

1. İSVEÇRƏ FRANKI

banknoty mira1

İsveçrə Frankı dünyanın ən gözəl banknotlarından biridir. Bu ona həm də dünyanın ən dayanıqlı valyutalarından biri olmağa heç də əngəl olmur. Yaxşı ki, İsveçrə avroya keçməmiş və öz valyutasına sadiq qalmışdır. Bu valyutalara əsasən ölkənin məşhur ictimai xadimləri və onların nailiyyətləri haqqında öyrənmək mümkündür. Məsələn, 100 frank dəyəri olan valyutanın üz tərəfində tanınmış heykəltəraş-rəssam Qiakometti Alberto, kupyuranın əks tərəfində isə onun yaratdığı heykəl -“İrəli gedən insan” əks olunmuşdur.

2. DOBRA

pp

Əgər siz Afrikaya, daha dəqiq desək, Prinsipi və San-Tome ərazisinə getmək istəsəniz, onda sizə mütləq bu valyuta lazım olacaq. Dobranı heç bir şübhəsiz dünyanın ən gözəl banknotu adlandırmaq olar və bunun səbəbi də göz qabağındadır. Bu ölkə Qərbi Afrikada, ekvator yaxınlığında yerləşir və onun daha bir adı “Yer üzündə cənnət”dir. Təbiət burada öz qeyri adiliyi, müəmmalığı, sirliliyi və heyrətamizliyi ilə insanı valeh edir. Bu möhtəşəmlik həmçinin də öz əksini pul kupyuralarında da tapmışdır. Bu banknotların üzərində dənizləri, şəlalələri, dağları, ekzotik bitkiləri, heyvanlar aləmini və hətta balıqçılıq ilə məşğul olan insanları belə seyr etmək mümkündür.

3. FRANSANIN SAKIT OKEAN FRANKI

fg
Bu Sakit okean ərazilərinin Fransaya məxsus hissəsində tətbiq edilən valyutadır. Buradakı həyat qayğısız və gözəldir, o təbiətini möcüzəvi gözəlliyi və okeanın sonsuzluğu ilə əhatə olunub. Siz Sakit okean frankında yazıçıların, prezidentlərin və digər xadimlərin şəklini tapa bilməzsiniz. Məsələn, 10000 franklıq kupyurada dağ və palmaların fonunda Polineziyalı qızcığaz təsvir olunmuşdur, onun başında çiçəklərdən hörülmüş zərif bir çələng vardır.

4. KUKA ADALARININ DOLLARI

kuk
Kuka adalarının 3 dollarlıq banknotu daha çox supərisi haqqında nağıla çəkilmiş illüstrasiyanın xatırladır, nəinki pul kupyurasını. Çox cəsarətli bir addımdır və bu itirilmiş okean adalarını çətin ki, bundan gözəl xarakterizə edən təsvir tapmaq mümkün olsun

5. KOMOR FRANKI

komor

Kuka adalarından sonra növbə Komor adalarına gəlir, onlar Hind okeanı ərazisində yerləşir. Komor frankı dünyanın ən peyzajlı və ən romantik banknotudur. Bu kupyuraların başlıca personajı-heyvanlar və çiçəklərdir. Xüsusən də banknotların rəng qamması diqqətə layiqdir. Məsələn, 1000 franklıq kupyuralar al qırmızı-narıncı tonlarda tərtib olunub: narıncı-qırmızı qum, mavi dəniz, al qırmızı şəfəq saçan qürub və tənha ağac –belə pullar hətta rəsm peyzajlarını əvəz edə bilər.

6. HONKONQ DOLLARI

qan

Honkonq dolları –Meqapolis şəhərlərinin daima vurnuxan həyatının və əzəmətinin pullarda əks olunmuş ən parlaq nümunəsidir. Abstrakt təsvirlər – rəng çalarlarının coşğunluğu– bu «xay-tek» valyutasının xarakterik cəhətidir.

Son xəbərlər
Digər xəbərlər