Sentyabr ayında dünya bazarında kərə yağının qiyməti artıb.
Banker.az bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Belə ki, ötən ay dünya bazarında kərə yağının 1 tonu $5342 olub. Bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə $542 və ya 11.3% artım deməkdir.