WTI markalı yüngül neftin mart fyuçerslərinin qiyməti 0,5 dollar ucuzlaşaraq bir barel üçün 49,61 dollar təşkil edib.
Banker.az “Banki.ru”ya istinadən xəbər verir ki, Avropada keçirilən hərraclarda eyni tendensiya qeydə alınıb. Brent markalı neftin qiyməti 0,49 dollar ucuzlaşaraq 53,96 dollar təşkil edib.