“Bu gün səhər saatlarına olan məlumata görə, Ukrayna limanlarından dünya bazarlarına göndərilən taxılın miqdarı 721 min 449 ton olub”.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
O qeyd edib ki, bu proses heç bir problem olmadan davam edir, Türkiyə taxıl və digər kənd təsərrüfatı məhsullarının təhlükəsiz şəkildə ünvana çatması üçün səylərini davam etdirir.