Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,07$ yəni 0,13% bahalaşaraq 53,02$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,11$ yəni 0,20% artaraq 55,16$-a təklif olunub.






