10 C
Baku
Thursday, December 12, 2024

Dünya bazarlarında neft sürətlə bahalaşır

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,88$ yəni 0,72% bahalaşaraq 49,82$-da qərarlaşıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 4,09$ yəni 8,82% artaraq 50,47$-a təklif olunub.

Bildiyiniz kimi ötən gün OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib. Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.

Son xəbərlər
Digər xəbərlər