Dünya birjalarında neftin qiymətində azalma müşahidə edilir
08:59 (GMT+4)
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0.26$, yəni, 0.48% azalaraq 53.57$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.22$, yəni, 0.39% ucuzlaşaraq 56.61$-a təklif olunub.