Dünya bazarlarında neftin qiymətində dəyişiklik olub.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9:35 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.86$ yəni, 1,37% ucuzlaşaraq 62.04$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.66$, yəni, 0.96% ucuzlaşaraq 68.36$-a təklif olunub.