9 C
Baku
Sunday, November 17, 2024

Dünya bazarlarında neftin tədricən ucuzlaşacağı proqnozlaşdırılır

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.

Bu barədə “ING Group”un iyul ayı üzrə proqnozunda bildirilir.

“ING Group”in proqnozuna əsasən, 2024-cü il üzrə “Brent” markalı neftin orta qiyməti 85 dollara (proqnoz dəyişməyib), 2025-ci ildə isə 80 dollar (proqnoz dəyişməyib) təşkil edəcək.

Bundan başqa “ING Group” “Brent”in 2026-cı ildə qiymətinin 75 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır.

Qeyd edək ki, “ING Group” hesablamalarına əsasən 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82 dollar təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər