5 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Dünya bazarlarında qızılın bahalaşması “AzerGold”a əlavə mənfəət gətirəcək”

Koronavirusun yayılmasının və müxtəlif geosiyasi amillərin mənfi təsiri nəticəsi olaraq dünya bazarlarında qızıla olan qiymətlərin artımı “AzerGold” QSC-yə əlavə mənfəət gətirəcək.

Bunu QSC-in sədri Zakir İbrahimov 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, hazırda dünyada koronavirusun yayılması, müxtəlif geosiyasi proseslər qızıla olan qiymətlərin artımına gətirib çıxarıb. QSC-nin bu il üçün olan büdcənin formalaşdırılması zamanı müxtəlif qiymət ssenarisi nəzərdə tutulub: “Buna baxmayaraq, hazırda dünya bazarlarında qızıla olan qiymətlər QSC tərəfindən nəzərdə tutulan qiymətlərdən artıqdır, bu isə QSC üçün əlavə mənfəət yarada bilər”.

Qeyd edək ki, qızılın 1 unsiyasının qiyməti 2,2% artaraq 1 679,7 ABŞ dollarına çatıb. Bu, 2013-cü ilin fevral ayından etibarən ən yüksək qiymətdir.

©APA

Son xəbərlər
Oxşar xəbərlər