Dünya birjalarında Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,41 dollar yaxud 1,02% ucuzlaşıb.

Agentlik xəbər verir ki, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 39,60 dollara bərabərdir.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Report

Son xəbərlər
Digər xəbərlər