Neft dünya bazarlarında bir qədər bahalaşıb.
08:56 (GMT+4)
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,17$, yəni, 0,34% artaraq 50,27$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,06$, yəni, 0,11% bahalaşaraq 53,05$-a təklif olunub.