Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 65 sent, yəni, 0,94% azalaraq 68.66$-a təklif olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 72 sent, yəni, 1,72% ucuzlaşaraq 63,23$-da qərarlaşıb.