Dünya birjalarında xam neftin qiyməti qısa müddətli bahalaşmadan sonra yenidən ucuzlaşmaqda davam edir.
Banker.az-ın Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən e-ticarət əməliyyatlarında WTI neftinin qiyməti 1 bereli 0.84$ azalaraq 29.64$-da qərarlaşıb. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.91$ aşağı düşərək 33.01$ təklif olunub.