Dünya birjalarında xam neftin qiyməti ötən günlərə nisbətən cüzi fərqlə bahalaşıb.
Banker.az-ın Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən e-ticarət əməliyyatlarında WTI neftinin qiyməti 1 bereli 0.47$ artaraq 30.11$-da qərarlaşıb. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.40$ bahalaşaraq 33.51$ təklif olunub.