Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9:25 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.11$ yəni, 0.19% azalaraq 56.85$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.16$, yəni, 0.24% ucuzlaşaraq 66.91$-a təklif olunub.