2013-cü ilin oktyabr ayından 2016-cı ilin may ayına qədər dünya biznesinə kiberhücumlardan dəyən ziyan 3 milyard dolları keçib.
Bu barədə bu gün qərb KİV-ləri məlumat yayıb.
Onların sözlərinə görə, ən geniş yayılan fırıldaqları biri ondan ibarətdir ki, cinayətkarlar hər hansı şirkətin top menecerinin, hüquqşünasının və ya məsləhətçinin emailinin, elektron poçtunun oxşarından istifadə edir və əməkdaşdan vəsaiti xarici hesablara ötürməyi xahiş edirlər.
Bir çox hallarda pullar əməkdaş hadisənin mahiyyətini anlayana qədər itir.
Lent.az