15 C
Baku
Friday, March 29, 2024

Dünya böhranı varlı və yoxsullar arasında uçurumu azaldıb

Dünya iqtisadi böhranı dünyanın əksər ölkələrində insanlar arasında əmlak bərabərsizliyi səviyyəsini endirdi. Bu haqda məlumatlar Dünya bankının hesabatında öz əksini tapıb.

Araşdırmada deyilir: “2008-2013-cü illər arasında yoxsul və varlı şəxslərin gəlirləri arasındakı fərq azalan ölkələr əks göstəriciyə sahib olan ölkələrdən iki dəfə çoxdur”.

Nəhəng iqtisadiyyatlara sahib ölkələr sırasında əmlak bərabərsizliyi səviyyəsi ən çox Böyük Britaniya, həmçinin ABŞ, Almaniya, Braziliya və Çində azalmışdır.

Dünya maliyyə böhranından sonra ümumilikdə dünyada yoxsulluq səviyyəsində yaşayan insanların sayı azalmışdır. Belə ki, 2013-cü ildə onların sayı 767 milyon idi və bu bir il əvvəlki göstəricidiən 11 milyon az idi.

Həmçinin Dünya bankının hesabatına əsasən, yoxsulluq həddində yaşayan insanların böyük hissəsi Afrka ölkələrinin payına düşür.

Dünya iqtisadi böhranı 2008-ci ildə başladı və ən kəskin dövrü 2009-cu ilin payına düşdü. Bu zaman dünyəvi ÜDM həcmi bir il ərzində İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq endi.

Böhranın nəticələrindən biri cəmiyyətin orta təbəqəsinin zəifləməsi və daha varlı şəxslərin ümumdünya zənginlik həcmində paylarının artırılması oldu.

 

Son xəbərlər
Digər xəbərlər