6 C
Baku
Sunday, December 15, 2024

Dünya borcu $184 trilyona çatıb

Beynəlxalq Valyuta Fondunun (BVF) verdiyi məlumata görə, dünyada dövlət və özəl borcun ümumi həcmi 2017-ci ildə rekord göstəriciyə – $184 trilyona çatıb.

Bu, qlobal ÜDM-un 225% -nə bərabərdir.

Orta hesabla, dünya borcu adam başına $86 mini keçib, bu da adambaşına düşən gəlirdən, orta hesabla 2,5 dəfə çoxdur.

Dünya üzrə daha çox borcu olan ölkələrə ABŞ, Çin və Yaponiya aiddir. Fondun sözlərinə görə, bu ölkələrin borcları qlobal borcun həcminin yarıdan çoxunu təşkil edir.

BVF hesablaşmalar apararkən 190 ölkənin verdiyi məlumatları nəzərə alıb.

 

Son xəbərlər
Digər xəbərlər