25 C
Baku
Saturday, July 27, 2024

Dünya borcu rekord 296 trln. dollara çatıb

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatına görə, 2021-ci ilin ikinci rübündə qlobal borcun həcmi 296 trilyon dollara çatıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“2021-ci ilin ikinci rübündə qlobal borc 4.8 trilyon dollar artaraq 296 trilyon dollara çatıb”, – deyə təşkilat yazır.

Bununla yanaşı, qurum ikinci rübdə qlobal borcun ÜDM-yə nisbətinin xeyli aşağı düşdüyünə diqqət çəkir. Ümumi borc yükü ikinci rübdə ÜDM-in təxminən 353%-ni təşkil edib ki, bu da 2021-ci ilin ilk üç ayında ən yüksək səviyyədən 9% az olub.

Qeyd olunur ki, bu ilin ilk altı ayında ev təsərrüfatlarının dünya borcunun həcminə verdiyi töhfə 1.5 trilyondur. Agentliyin məlumatına görə, bu ilk növbədə ABŞ, Çin və Braziliyadakı vəziyyətlə əlaqəlidir. Eyni dövr ərzində dövlət və korporativ borclar müvafiq olaraq 1.3 və 1.2 trilyon dollar artıb.

“İqtisadiyyatın bərpası borcun səviyyəsini pandemiyadan əvvəlki səviyyəyə çatdırmaq üçün hələ də yetərli deyil”, – təşkilat əlavə edir.

Təşkilatın hesabatı maliyyə sektoru istisna olmaqla yalnız Meksika, Argentina, Danimarka, İrlandiya və Livanın borcun ÜDM-yə nisbətinin koronavirusdan əvvəlki səviyyədən aşağı olduğunu göstərir.

Son xəbərlər
Digər xəbərlər